Yuxarı

Dolu damları dağıtdı, heyvanları tələf etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişliyə yağan dolu rayonun Hacıalmuradlı, Xəlfəli və Qızılkənd kəndlərində ciddi fəsadlar törədib.

Region TV xəbər verir ki, gecə saat 2 radələrində başlayan və küləklə müşayət olunan dolu ağacları aşırıb, meyvələri məhv edib və tərəvəz bitkilərini yararszı hala salıb.

"Yumruq boyda əncir meyvəsini dolu dolu vurdu. Evimizdə otaqdakı yorğan-döşək, pal-paltar, hamısı suyun içərisindədir. Sonra evin dam örtüyünü sındırdı, pəncərələri qırdı tökdü", - kənd sakini Pəncalı İbişov bildirib. Yağan dolu evlərin dam örtüklərini zədələyib, pəncərələrin şüşələrini və politilen örtüklərini də sıradan çıxardıb.

Kənd sakinlərinin sözlərinə görə, dolu yağması nəticəsində xəsarət alanlar olmasa da, ev quşları və heyvanlar arasında tələfat var.

"70 baş cücəydi, hamısın dolu qırıb", - kənd sakini Gülgəz Həsənova vurğulayıb.

Hazırda hadisə ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin Fövqəladə Halllar Komissiyası tərəfindən fəsadların aradan qaldırılması və dəyən ziyanın hesablanması istiqamətində araşdırmalar aparılır.

Tarix
2016.06.08 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla