Yuxarı

Məhəmməd Əlinin bakılı dostu 3 mərasimi verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Buzovna qəsəbəsində yerləşən Məşədi Qərib məscidində, Hacı Soltanın təşkilatçılığı ilə əfsanəvi boksçu Məhəmməd Əlinin 3 mərasimi ilə əlaqədar ehsan süfrəsi veriləcək.

Bu barədə Sputnik-ə Hacı Soltan məlumat verib.

Ramazan ayı olduğu üçün mərasim axşam saat 19.00-da başlayacaq, ardınca iftar süfrəsi veriləcək. Hacı Soltan əfsanəvi boksçu haqqında kitab yazdığını da qeyd edib.

"1997-ci ildə ilk dəfə olaraq Məhəmməd Əli haqqında kitab yazmışam. Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də kitaba rəy yazıb. O, sonralar mənə Məhəmməd Əli ilə görüşə getmək təklifi etsə də, bəzi işlərimlə əlaqədar gedə bilmədim", - Hacı Soltan bildirib.

Onun sözlərinə görə, əfsanəvi boksçu ilə görüşə gedə bilməsə də, Məhəmməd Əli ona öz imzası ilə 300 rəsminin yer aldığı albomunu göndərib: "Bir sözlə, bizim qiyabi dostluğumuz olub".

Təşkilatçı sabahkı ehsan mərasiminə bir çox idmançıları və digər ictimai xadimləri də dəvət etdiyini bildirib.

Tarix
2016.06.09 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla