Jurnalist Ekspert Mərkəzinin
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə bu ilin mayından başladığı "Azərbaycan Prezidentinin
alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi" adlı
layihəsi davam edir.
JEM-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il noyabrın 9-u
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi münasibəti ilə
alimlər qarşısındakı çıxışının mətni Mərkəzin nümayəndələri
tərəfindən sahələr üzrə təsnifatlandırılıb.
Layihə çərçivəsində alimlərin iştirakı ilə "Dəyirmi masa" lar
təşkil olunur. Prezidentin çağırışına cavab olaraq, elm adamlarının
fikirləri, səsləndirdiyi təkliflər xüsusi təqdimatla "Kaspi"
qəzetində dərc edilir.
JEM sədri Ceyhun Musaoğlunun moderatorluğu ilə bu müddət ərzində
səkkiz mövzu ətrafında "Dəyirmi masa" keçirilib. "Dəyirmi
masa"larda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun rəhbərliyi, AMEA-nın Dlçilik, Fizika, Tarix, Fəlsəfə,
Qafqazşünaslıq, Folklor institutlarının təmsilçiləri, Gənc Alimlər
və Mütəxəssislər Şurasının, o cümlədən Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi
Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri, üzvləri,
nazirliklərin məsul şəxsləri, universitet müəllimləri dəyərli
təkliflər irəli sürüblər.
Alimlərlə görüşləri Mərkəzin sədr müavini, Azerfaks.az saytının
baş redaktoru Nicat Dağlar qələmə alıb və hazırlanan bir səhifəlik
yazılar qəzetin 7 sayında dərc olunub.
Reportajların sərlöhvələrini təqdim edirik:
- Dilimizi necə qoruyaq? - alimlərdən önəmli təkliflər
- Kənd təsərrüfatının inkişafı - həm iqtisadi, həm də sosial
məsələ
- Nə əkək və necə suvaraq?
- Aqrar sahənin inkişafı: Dünya bazarlarına necə çıxaq və nə
çıxaraq?
- Xarici investisiya üçün potensial sahə - əlverişli biznes
mühiti, iqlim şəraiti və dövlət təminatı
- Müasir texnologiyaların Azərbaycana gətirilməsi: Gənc
fiziklərin təklifləri var
- Qarabağ həqiqətləri: çağırış və alimlərdən gözləntilər
Layihənin fəaliyyət planı üzrə alimlərlə növbəti görüşlərə
hazırlıq işləri gedir. Yekun nəticədə Prezidentin çağırışına
adekvat olan təkliflər paket şəkilinə salınaraq, müvafiq dövlət
qurumlarına göndəriləcək.
3 ay müddətində həyata keçiriləcək layihənin məqsədi Azərbaycan
Prezidentinin alimlərə ünvanladığı tövsiyə və tapşırıqlarının
mətbuatın daim diqqətdə saxlamasına töhvə vermək, cəmiyyətin
dinamik inkişafında elm adamlarının rolunu artırmaqdır.