Yuxarı

Çex Respublikasında Heydər Əliyevin büstü açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çex Respublikasında Heydər Əliyevin büstü açıldı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 9-da Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyində Ulu Öndərin büstünün açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin kollektivi, Çexiyadakı diaspora təşkilatları fəalları və ölkə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimin əvvəlində iştirakçılar tərəfindən Heydər Əliyevin büstünün önünə əklil qoyulub. Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dahi rəhbərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Mərasimdə çıxış edən səfir Yaşar Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev nadir tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Tarixin ən mürəkkəb anlarında onun apardığı uzaqgörən və müdrik siyasət bu gün Azərbaycanın müstəqil və güclü olmasına zəmin yaradıb. Səfir, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərini qeyd edərək, müstəqil, güclü və əzəmətli Azərbaycan dövlətinin qurulması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Çexiyadakı Səfirliyinin binasında açılmış Ümummilli Lider Heydər Əliyevin büstünün müəllifi dünya şöhrətli heykəltəraş Sergey Eylanbekovdur. Ulu Öndərin Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin binasında və BMT yanındakı Daimi Nümayəndəliyində açılmış büstləri də S.Eylanbekovun əsərləridir.

Tarix
2025.05.10 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla