Yuxarı

Banda rəhbəri ilə bağlı cinayət işinin istintaqı yekunlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 2000-ci il sentyabrın birinədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunmuş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İstintaqla Xalid Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Belə ki, onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə, ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

01.07.2000-ci il tarixdə Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Xalid Tağıyev cari il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib, növbəti gün ona rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittiham irəli sürülüb.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2025.05.15 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif

SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…

Zelenski üçün dəhşətli gün: Trampa imtina cavabı versə...

İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?

Davudoğlunun Bakı ilə bağlı sözləri müzakirə yaratdı

Tehrandan İrəvana tələb: ABŞ müdaxilə edəcək

Kremlin türk ölkələrinə qarşı dil şantajı davam edir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla