Yuxarı

Bakıda həbs olunan avtoritet deputatın qohumu çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Bakıda silahla həbs olunan şəxslə bağlı maraqlı təfərrüat ortaya çıxıb.

Kriminal.az-a verilən məlumata görə, paytaxtda silahla gəzən gənc deputatın qohumudur.

Həbs olunan şəxs Tural Əlikram oğlu Haqverdiyevdir. Onu bir neçə gün əvvəl Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tutub. "Volksvagen" markalı avtomobilinə baxış zamanı nömrəsi silinmiş "Makarov" tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Tural Haqverdiyev millət vəkili Madər Musayevin bacısı nəvəsidir. O, saxlanılan zaman polis əməkdaşlarına da müqavimət göstərib, onları yumruqla vurub.

T.Haqverdiyevin barəsində cinayət işi başlanıb. O, hazırda istintaq təcridxanasında saxlanılır.

T.Haqverdiyevin kriminal aləmə yaxın olduğu deyilir. Tez-tez mübahisəli söhbətlərin həllində iştirak edir.

Tarix
2016.06.13 / 11:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla