Yuxarı

Polis Bakı məktəblərini nəzarətə götürür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Bakı məktəblərini nəzarətə götürür

"Son zəng" günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

S. Bağırov bildirib ki, son zənglə əlaqədar iyunun 14-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq.

Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və "Son zəng"lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

S. Bağırov "Son zəng" günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib.

Sabah məktəbi bitirən məzunlar Dənizkənarı Milli Parka buraxılmayacaq. Sabah Bakı şəhərində keçiriləcək Formula-1 üzrə Avropa Qran Pri yarışlarının test mərhələsi olacaq.

Qeyd edək ki, bu il Azərbaycanın orta məktəblərini 200 minə yaxın şagird bitirir.

Tarix
2016.06.13 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla