Yuxarı

“Birbank Biznes” Qəbələdə sahibkarlarla bir araya gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Birbank Biznes” Qəbələdə sahibkarlarla bir araya gəldi

Ötən həftə Azərbaycanda, turizmin mərkəzi bölgələrindən biri olan Qəbələ şəhərində sahibkarlar üçün daha bir tədbir keçirilib. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı, eləcə də “Birbank Biznes”in tərəfdaşlığı ilə keçirilən layihədə Qəbələ və ətraf rayonlarda yaşayan, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Qəbələ şəhəri “ASAN xidmət” Mərkəzində keçirilən tədbirə Birbank Biznes müştərisi olan və olmayan 40 sahibkar qoşulub. Tədbir zamanı sahibkarlara bankın mütəxəssisləri tərəfindən “Birbank Biznes”in sahibkarlar üçün yaratdığı imkanlar və üstünlüklər haqqında məlumat verilib. Eyni zamanda maliyyələşmə məhsullarının işləmə prinsipləri, qeyri -kredit məhsullarının yaratdığı imkanlar və üstünlüklər və digər rəqəmsal həllər iştirakçılara təqdim edilib. Daha sonra iştirakçıların ehtiyacları dinlənilib və bankın gələcək yenilikləri haqqında onlara ətraflı məlumat verilib.

Qeyd edək ki, “Birbank Biznes” cari ildə sahibkarların inkişafını dəstəkləyən layihələrlə gündəmə gəlir. Bu kimi layihələrin keçirilməsi ölkədə sahibkarlığın, eləcə də bazar iqtisadiyyatının inkişafına böyük dəyər qatır.

Sahibkarlığın inkişafına önəm verən “Birbank Biznes” “Kapital Bank”ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. “Birbank Biznes”müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Tarix
2025.05.19 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla