Yuxarı

Onlar Son zəngi belə qeyd etdilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar Son zəngi belə qeyd etdilər - Video

Bu gün Binəqədi rayonu Əsəd Ələsgərov adına 244 №-li orta məktəbdə Son zəng şənliyi keçirilib.

Axar.az xəbər verir ki, şənlikdə məktəbin müəllim heyəti, məzunlar və qonaqlar iştirak ediblər. 11-cilər hazırladıqları müxtəlif səhnə performanslarını göstəriblər.

Məktəbin məzunu Rövşən Ələkbərov bu gözəl və kədərli gündə qarışıq hislər keçirdiyini bildirib və gələcək planlarından danışıb:

"Çox qəribə və gözəl hisdir. İnşallah, istəyirəm, İqtisadiyyat Universitetinə qəbul olum. Son zəngi hələ axşama qədər qeyd edəcəyik. Planlarımızda var ki, məktəbdəki tədbirdən sonra şəhərə çıxaq. Amma polislər deyir ki, bulvara çıxmağa icazə yoxdur. Yenə də biz başqa yerə də olsa, gedəcəyik. Bu günü əylənərək keçirəcəyik".

Məktəbin 11 A sinif şagirdi Nəzrin Ələkbərova müəllimlərin sevgisindən söz açıb:

"Üçüncü ixtisas qrupu üzrə hazırlaşıram. İnşallah, ali məktəbə qəbul olacağam. Müəllimlərimin hər birini sevirəm, hamısının ürəyimdə yeri ayrıdır. Ancaq məktəbdəki tədbirdən sonra Son zəngi qeyd etmək üçün harasa yox, evə gedəcəyəm".

Şahnaz Allahverdiyeva bu günün unudulmaz olduğunu bildirib:

"Çox sevincliyəm. Möhtəşəm bir gündür. Universitetə hazırlaşıram, amma, hələ ki, hansı ali təhsil ocağında təhsil alacağıma qərar verməmişəm. Mən də məktəbdəki tədbirdən sonra evə gedəcəyəm".

Məzun Bəxtiyar Sadıqov son zəng şənliyindən sonra yoldaşları ilə bir məclis təşkil edəcəklərini dedi:

"Dəniz Akademiyasına qəbul olmaq istəyirəm. Sınaq imtahanlarından kifayət qədər bal toplayıram, inşallah, yaxşı olacaq. Həmişə fizika, kimya kimi dərslərə meylim olub. Bizə fizikadan dərs keçən Şəfa müəllimə mənə çox doğmadır. Məktəbdəki tədbirdən sonra uşaqlarla bir məclisdə yığışmaq fikrimiz var".

Tarix
2016.06.14 / 14:09
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla