Yuxarı

Yanğın təhlükəsizliyinə dair silsilə maarifləndirmə tədbirləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanğın təhlükəsizliyinə dair silsilə maarifləndirmə tədbirləri...

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Axar.az xəbər verir ki, bu çərçivədə, Xidmət dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Bərdə, Ağcabədi, Cəlilabad, Göygöl, Şəmkir, Sabirabad, Salyan, Biləsuvar, Agsu, İsmayıllı və Şamaxı rayonlarında yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə Xidmətin nümayəndələri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri, rayonların icra hakimiyyətlərinin inzibati ərazi üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və mexanizatorlar iştirak ediblər.

Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən biçin prosesinə cəlb olunan bütün texnikaların saz vəziyyətdə saxlanılması, mühərriklərin atqı borularının qığılcımsöndürənlərlə təmin edilməsi və onların ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının zəruriliyi vurğulanıb. Həmçinin, açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməz olduğu diqqətə çatdırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah edilib və yerli qurumlar tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi qeyd olunub.

Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Tarix
2025.06.03 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla