Yuxarı

Neft ərazisində sənədsiz evlər tikilib, bu da SOCAR-a aiddir…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft ərazisində sənədsiz evlər tikilib, bu da SOCAR-a aiddir…

Ölkə üzrə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov ideyib.

Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin göstərişi olub:

“Sənədsiz evlərlə bağlı məsələdə obyektiv və subyektiv səbəblər var. Hazırda sənədsiz evlərin obyektiv səbəblərindən biri ondan ibarətdir ki, bu evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib. Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir.

Çünki onlar bələdiyyələrə, əmlak, torpaq vergisi vermirlər və bələdiyyələrin büdcəsinin formalaşmasında rol oynamırlar. Bu torpaqlarda tikilən evlərin sənədləşdirilməsi üçün torpağın kateqoriyası dəyişməlidir, amma bunun üçün də 5-6 nazirlikdən icazə alınmalıdır. Bu, çox uzun prosesdir.

Digər tərəfdən bu evlərin bir hissəsi neft ərazisində tikilib, bu ərazilər SOCAR-a aiddir. SOCAR gərək bunlar üçün xüsusi məktub verə ki, bunun əsasında sakinlər öz evlərini sənədləşdirsinlər. Digərləri var ki, yüksək qaz xəttlərinin altında tikiblər, dəmiryolu kənarında tikiblər.

Torpaqların kateqoriyaları dəyişməlidir, yenilənməlidir. Artıq sənədsiz evdə yaşayanları qeydiyyatdan da çıxarırlar. O baxımdan, çalışırıq ki, bu məsələnin həlli üçün komitə olaraq, nə bacarırıqsa, köməklik edək”.

Tarix
2025.06.12 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla