Yuxarı

Kazino oyunlarının təşkilatçıları kimlər hesab ediləcəklər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kazino oyunlarının təşkilatçıları kimlər hesab ediləcəklər?

Kazino oyunlarının təşkilatçıları və operatorları qeyri-maliyyə institutları və peşə sahibləri hesab ediləcəklər.

Axar.az xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4-8-ci maddələrinin tələbləri müştəri tərəfindən 3 min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.

Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir.

Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilməyəcək.

Tarix
2025.06.18 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla