Yuxarı

AZAL təyyarəsinin qəzaya uğramasını Aİ canlandırdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL təyyarəsinin qəzaya uğramasını Aİ canlandırdı - Video

Ötən ilin bu günü Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinin səmasında vurulan AZAL-a məxsus J2-8243 saylı mülki sərnişin təyyarəsinin son dəqiqələri süni intellekt texnologiyası vasitəsilə yenidən canlandırılıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, cəmi 2 dəqiqə 30 saniyə davam edən bu video real uçuş parametrləri, radar məlumatları və ən əsası “qara qutu”dan əldə edilən texniki göstəricilər əsasında hazırlanıb.

Canlandırma göstərir ki, təyyarə uçuşun son mərhələsində yalnız kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Video boyunca pilot kabinəsindəki dialoqların, hündürlük və sürət göstəricilərinin, eləcə də raket zərbəsinə uyğun kəskin təzyiq və temperatur dəyişikliklərinin ardıcıllığı izləyiciyə təqdim olunur.

Süni intellektlə hazırlanmış bu rekonstruksiya bir daha təsdiqləyir ki, J2-8243 reysi hərbi zona elan olunmayan bir ərazidə, beynəlxalq mülki aviasiya qaydalarına tam uyğun şəkildə uçuş həyata keçirərkən vurulub. Təyyarənin Rusiya Müdafiə Nazirliyinə tabe hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alındığına dair texniki izlər “qara qutu” məlumatlarında aydın şəkildə əksini tapır.

Hadisə nəticəsində təyyarədə olan 67 sərnişindən 38-i, o cümlədən də pilotlar və baş bələdçi Hökümə Əliyeva həlak olublar. Aradan bir il keçməsinə baxmayaraq, Rusiya tərəfi bu cinayətlə bağlı üzərinə düşən beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirməyib, rəsmi istintaq materialları açıqlanmayıb, günahkarlar müəyyən olunmayıb və cəzalandırılmayıb. Bu isə beynəlxalq aviasiya hüququnun, o cümlədən Çikaqo Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

Yayımlanan video təkcə texniki rekonstruksiya deyil, eyni zamanda siyasi və hüquqi ittiham aktıdır. Çünki süni intellektin təqdim etdiyi ardıcıllıq göstərir ki, bu hadisə nə qəza, nə də “təsadüf” ola bilər. Mülki təyyarənin vurulması ilə nəticələnən bu olayda məsuliyyət birbaşa Kremlin və Rusiya Müdafiə Nazirliyinin üzərində qalır.

Tarix
2025.12.25 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla