Yuxarı

Xankəndi dəmir yolu ilə gündəlik 1 000 nəfər daşınacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi dəmir yolu ilə gündəlik 1 000 nəfər daşınacaq

Xankəndi dəmir yolu gündəlik 800-1 000, avtovağzal isə 1 000-1 200 sərnişinə xidmət edəcək.

Axar.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi tikiləcək:

"Artıq kompleksin layihələndirilməsi işlərinə başlanılıb. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksə çay ətrafında bulvar, körpülər, perron altı keçid daxildir. Bundan başqa, avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerji doldurma cihazları, velosiped yolu və dayanacağı nəzərdə tutulub".

B.Hacıyev qeyd edib ki, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi əvvəlki vağzalla müqayisədə şəhər mərkəzinə 4 km daha yaxın məsafədə yerləşir ki, bu da gələcəkdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin edəcək.

Ümumilikdə Ağdam-Xankəndi dəmir yolu boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.

Tarix
2025.07.06 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla