Yuxarı

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da iqlim dəyişikliyi ilə mübarizə məqsədilə hazırlanmış yeni texnologiya – karbon qazını atmosferdən udan süni “ağaclar” – beynəlxalq mühitdə geniş müzakirələrə səbəb olub. Bu qurğular təbii ağaclara bənzər formada istehsal olunaraq, atmosferdəki karbon qazını sorub ətraf mühiti təmizləmək üçün nəzərdə tutulub.

Ekoloq Rövşən Abbasov Axar.az-a açıqlamasında bildirib ki, bu qurğuların “ağac” adlandırılması doğru yanaşma deyil.

“Mən buna “ağac” deməzdim. Bu, sadəcə bir texnoloji qurğudur. Ola bilər ki, onu ağac formasında buraxırlar, amma mahiyyətcə bu bir zavod sistemidir. Təbii ağaclarla müqayisədə bu texnologiyanın ekoloji dəyəri xeyli aşağıdır. Deyilir ki, bu qurğuların əsas üstünlüyü karbon qazını udmasıdır. Yəni iqlim dəyişikliklərinin qarşısının alınmasında müəyyən rol oynaya bilərlər. Amma bu üstünlüyün özü də şübhəlidir. Çünki bu qurğu elektriklə işləyir. Elektrik enerjisi ilə işləyən bir qurğunun karbon qazını azaltmaqda effektivliyi xeyli aşağı düşür”, - o bildirib.

Ekoloq əlavə edib ki, süni qurğular heç bir halda real ağacların təqdim etdiyi ekosistemi əvəz edə bilməz:

“Ağaclar kölgə verir, havanın temperaturunu tənzimləyir, quşlar və digər canlılar üçün yaşayış sahəsi yaradır. İnsanlar üçün istirahət məkanıdır. Eyni zamanda heç bir enerji və ya texniki xidmət tələb etmir. Halbuki bu qurğular daim baxım, hissə dəyişimi və texniki qulluq tələb edir ki, bu da əlavə tullantı və enerji sərfiyyatı deməkdir”.

Rövşən Abbasov qeyd edib ki, bu texnologiyanın Azərbaycan üçün xüsusi aktuallığı yoxdur. Əvəzində ölkəmizdə meşə sahələrinin artırılması daha real və faydalı nəticə verə bilər:

“Azərbaycan üçün daha düzgün yol – təbii resursların artırılması, meşələrin qorunması və bərpasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarımız bu istiqamətdə fəaliyyət göstərir. Dövlətimizin meşə siyasətinə sərf olunan vəsait süni qurğulara ayrılacaq xərclərdən daha səmərəlidir”.

Tarix
2025.07.10 / 16:20
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırma başa çatdı

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat - Gərginlik artır

Sahibə Qafarova Fələstin səfiri ilə görüşdü - Foto

Bir hissəsi Azərbaycan ərazisinə düşən Kirants - Foto

Pezeşkian Əliyevə “barışdınız” deyərkən, nəyi qəsd etdi?

Azərbaycan bu ölkədə səfirlik açır

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla