Yuxarı

Azərbaycanda banan ağacı bar verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda banan ağacı bar verdi - Foto

Xaçmaz rayonunun Müzəffəroba kənd sakini Əhməd Babayev həyətyanı sahəsində tropik iqlim şəraitinə xas bitki olan banan yetişdirib.

Region TV məlumat verir ki, banan 5 il bundan öncə əkilsə də, təsərrüfatçı ondan məhsul əldə edə bilməyib. Buna isə bananın gec gül açması və meyvənin soyuğun təsirindən məhv olması səbəb olub.

Bu il ağac vaxtında bar verdiyi üçün Ə.Babayev ilk dəfə özü yetişdirdiyi banandan dadacağını deyib: "3-4 metr hündürlüyündə qalxıb. Meyvəsi də bu il tez verib. Güman edirəm ki, oktyabr ayında öz yerinə gələcək".

Banan ağacı ildə bir dəfə bar verir. Məhsul verdikdən sonra isə ağacın yaşıl kütləsi quruyur, növbəti il yeni zoğlar cücərir.

Ə.Babayevin sözlərinə görə, bananın çəkisi də az deyil: "Xarici ölkələrdə bananın bir darağı 50 kq-a yaxın olur. Bizdə təxminən 20-25 kq-a yaxın olar".

Banan yerli iqlimə xas bitki olmadığına görə, o, xüsusi şəraitdə yetişdirilməlidir və daima qulluq göstərilməlidir. Bu da bir qədər çətindir: "Çoxlu su verilməlidir. Bir də ki, soyuqdan qorumaq lazımdır. Çiçək açdıqda isə o çiçəklərin güllərində şirə olur. Həmin şirəyə də çoxlu qarışqa toplaşır. Buna icazə vermək olmaz. Yoxsa banan olmaz".

Təsərrüfatçı bu il yaxşı məhsul götürərsə, ağacların sayını artırmaq fikrindədir.

Tarix
2016.06.30 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla