Yuxarı

Bakıda özəl klinika rəhbəri arvadını güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda özəl klinika rəhbəri arvadını güllələdi

14:54

Bakıda kişi arvadını güllələyib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Yasamal rayonunda qeydə alınıb.

38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına ov tüfəngi ilə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Polis V.Kərimovu saxlayıb, hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.

APA-nın məlumatına görə, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Vasif Qaraxan oğlu Kərimov Referans Medı-Art Hospital MMC-nin (Mərdəkan filialı) direktorudur.

***

Bakıda kişi arvadını güllələyib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Tarix
2025.07.16 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla