Yuxarı

Oğlu Arif Babayevin son vəziyyətini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025.07.24 - 14:31

23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.

Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır.

***

Səhhəti ağırlaşdığına görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xalq artisti Arif Babayev Bakıya yola salınıb.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, muğam ustası xüsusi ambulansla, təcili yardım həkimlərinin müşayiətilə paytaxta gətirilir.

"Qax Rayon Mərkəzi Xəstəxanasında bir gün qalıb. Lazımi müalicələrə baxmayaraq, vəziyyətində irəliləyiş olmayıb. Hazırda səhhəti ağır stabil olaraq qalır. Huşu aydın deyil. Mərkəzi Gömrük Hospitalına aparılır", - A.Babayevin yaxınları söyləyib.

***

Xalq artisti Arif Babayev Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

***

Arif Babayevin səhhəti stabilləşib.

Bu barədə APA-ya sənətkarın oğlu Yaşar Babayev məlumat verib.

O bildirib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbətə doğru dəyişiklik müşahidə olunur:

“Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır”.

Tarix
2025.07.25 / 01:13
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?

Bakıdan qovulan Ocaqnejad azərbaycanlılarla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla