Yerin altında dünyaların olması ilə bağlı müxtəlif
iddialar hər zaman olub. Bəzi iddialara görə isə yerin dərinliyində
öz dünyasını quran varlıqlardan biri də
yadplanetlilərdir.
Axar.az xəbər verir ki, Yeni Meksikada yerləşən 900 nəfər
əhalisi olan Dulse qəsəbəsi (Dulse bazası) belə yerlərdəndir.
Dulsenin ən önəmli özəlliyi "Arkuletta Mesa"nın altında dərin sirr
saxlamasıdır. Bu sirr, deyilənə görə, hökumət və yadplanetlilərin
laboratoriyalarda insanlar və heyvanların üzərində qorxunc
təcrübələr həyata keçirməsindən ibarətdir.
Ərazidə yaşayan insanların dediklərinə görə, Dulse bazasında
tez-tez parçalanan mal-qaralara rast gəlinir. Tədqiqatçılar
parçalanan mal-qaranın UNO-larla əlaqəli ola biləcəyini iddia
edirlər. Həmin ərazidə UNO-ların, qəribə işıqların görünməsi də bu
iddiaya inanmağa əsas verir.
Amerikalı araşdırmaçı Paul Benevitz Dulse bazası ilə bağlı bir
çox açıqlamalar verib. Onun verdiyi məlumatların nə dərəcədə
həqiqəti əks etdirdiyi bilinmir. Paul Benevitz UNO tərəfindən
qaçırılan yenimeksikalı Maynre Hansenin başına gələn hadisələri
araşdırıb. Onun araşdırmasına görə, Hansen 1980-ci ildə yeraltı
təsisə aparılıb.
Kristo Tilton isə 1987-ci ilin iyulunda kosmik gəmi ilə gələn
iki balaca yadplanetli tərəfindən qaçırıldıqdan sonra anlayışını
itirib. O, qaçırıldıqdan sonra təhlükəsizlik kameraları və
kompüterli idarə sistemi olan bir tunelə aparılıb. Tilton üzü
tanıyan kompüter qarşısına keçirilib. Kompüter Tiltona bir
şəxsiyyət vəsiqəsi çıxartdıqdan sonra rəhbər onu yerin yeddi qat
dərinliyinə gətirib.
Kristo qaçırıldığı zaman gördüklərinin əksəriyyətinin şəklini
çəkmişdi.
Onun Dulse bazasında nəyə şahid olması və digər baş verən
qorxunc faktlardan məlumat almağınız üçün videonu təqdim
edirik: