Yuxarı

Ötən günlərimi qaytarardılar... – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən günlərimi qaytarardılar... – Axar TV

Azərbaycan musiqisinə orijinal, əvəzolunmaz, könül oxşayan bəstələri ilə imza atmış Elza İbrahimovanın vəfatından 3 il ötür. Elza xanım 1938-ci il yanvarın 10-da anadan olub. Kiçik yaşlarından musiqiyə həvəsini hiss edən valideynləri onu 8 saylı musiqi məktəbinə qoyurlar. İstedadlı Elza əvvəlcə Asəf Zeynallı adına musiqi məktəbini, sonra isə Azərbaycan Dövlət Konservatoriyasını bitirir.

Sonradan musiqiyə ilkin addımlarını atan Elza qısa müddət ərzində özünü tanıda bilir. Onun bəstələrini ifa etməyən sənət ustalarımız demək olar ki, yoxdur. Rəşid Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova və daha kimlər…

Bəstəkarın "Sən yadıma düşəndə", "Ey vətən", "Gəl barışaq", "Gecələr bulaq başı", "Mehribanım", "Qurban verərdim" və digər musiqiləri Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb.

Elza İbrahimova zamanın nəbzini tutan bəstəkarlarımızdandır. Məhz buna görədir ki, illər keçməsinə baxmayaraq, yenə də müğənnilər Elza İbrahimovanın musiqilərinə qayıdırlar.

O, 2008-ci ildə Azərbaycanın xalq artisti adına layiq görülür. Lakin bu, İbrahimovanın sonuncu uğuru olur. Uzun sürən xəstəlikdən sonra bəstəkar 2012-ci il fevralın 11-də 74 yaşında öz bəstələrini insanlara yadigar qoyaraq dünyadan köçür.

Elza xanımın ölümü Elza İbrahimova adını yaddaşımızdan silmir. Bəstələrindəki sevgi, paklıq onu musiqiləri kimi dəfələrlə bizim sıramıza qaytarır və yenidən sevdirir. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin diliylə desək, Elza bizim iç dünyamızın rəssamı idi. Bu rəssam isə bizi zamanından tez tərk etdi.

Tarix
2015.02.11 / 19:24
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla