Yuxarı

Arvadı düzgün döyməyin metodikası - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadı düzgün döyməyin metodikası - Video

Səudiyyə Ərəbistanında ailə həkimi və psixoloq Xalid Sakabi arvadın düzgün döyülməsi üzrə video-kurs yazaraq, istifadə üçün paylaşıb.

Din.az-ın xəbərinə görə, həkimin fikrincə, arvadın döyülməsi çətin məsələdir və bu yolda təcrübəsi olmayanları çoxlu təhlükələr gözləyir.

Sakabi bildirib ki, kişinin həyat yoldaşını vurmasının əsas məqsədi ona düzgün davranmağı, özünü düzgün aparmağı öyrətməkdir. Psixoloqun sözlərinə görə, bu, hirs və qəzəb olmadan edilməlidir və bu zaman "İslamın müddəalarına riayət etmək lazımdır". Çubuq və kəsici alətlərdən istifadə etmək olmaz.

"Təəssüf ki, əksər kişilər çubuqdan istifadə edirlər, – həkim deyir. - Əsas məqsəd qadının ərinə qarşı necə səhv olduğunu başa salmaqdır".

Sakabi iddia edir ki, bunun üçün cəzadan əvvəl qadına onun Allahın iradəsinə uyğun olaraq hüquq və öhdəliklərini xatırlatmaq lazımdır:

"Çox təəssüf ki, bu gün əksər qadınlar özlərini həyat yoldaşları ilə bərabər hiss etmək istəyirlər. Bu, çox böyük problemdir".

Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan müxtəlif şəxslər özünün qeyri-adi, çox vaxt gülüş doğuran, cəhalət saçan bu cür şərh və fitvaları ilə tez-tez gündəmə gəlirlər.

Tarix
2016.05.12 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla