Axar.az Türkiyənin məşhur
köşə yazarı Bəkir Coşqunun Sözcü.com
saytında yayımlanan köşəsini
təqdim edir:
Suriyalıları istəmirik!
Çətinə düşəndə çörəyimizi paylaşarıq...
Suyumuzu paylaşarıq...
Amma "vətən"i paylaşmarıq…
***
Mən heç belə "qaçqın" da eşitmədim...
Bayram tətillərini gedib "Ölümdən qaçdıq" dedikləri Suriyada
keçirdilər, döndülər.
Qalanlar da onsuz da çimərliklərdəydi...
***
3.5 milyon suriyalıdan 20 mini əsgərlikdən qaçıb...
300 mini əli silah tuta biləcək yaşda...
Amerikan təraşını çəkib, əllərində pivə butulkaları ilə Bodrum
qumluğunda "Suriya, Suriya ..." deyə şüar səsləndirdiklərinə
görə... Ya da Konyada vurduqları iti qorumaq istəyən 18 yaşlı gənci
bıçaqla öldürdüklərinə görə... Dahası, bomba hazırlayarkən
əllərində partlatdıqlarına görə...
Ölkələri üçün bir səy göstərməlidirlər…
Ruslar gəlib ölkələrini İŞİD-in əlindən qurtarmaq üçün
döyüşür... Amerikalılar ölkələrini qurtarmaq üçün döyüşür...
Fransızlar, ingilislər, hollandiyalılar, Kanadadan gəlmiş
adamlar...
Bu qaçıb Antalya, Konya çimərliyinə…
***
Kişilər "cinsi aktivliyi artırır" deyə, Birləşmiş Millətlərdən
gələn uşaq yeməyini yeyib bitirdilər… Çadır şəhərlərdə gündə 135
uşaq doğulur...
Bunlar bomba səsləri altında 250 min artdılar…
***
Uşaqlara, yaşlılara, xəstələrə, qadınlara təbii ki, qapımız
açıqdır...
Aşımızı paylaşarıq...
Çörəyimizi paylaşarıq...
Bu anda edilən də bu: xərclər oğruların İsveçrədəki
hesablarından ödənmir, ən yoxsul vətəndaşımızın belə cibindən
çıxır...
Nəyimiz varsa, möhtac olanla paylaşarıq...
Amma Türkiyəni paylaşa bilmərik…
***
Halbuki adam, bunlara vətəndaşlıq verərək "prezidentlik" üçün
iki-üç milyon səs ümidində...
Diqqət edin:
AKP, hicab, mühakimənin partiyalı nazirə həvalə olunması,
prezidentin partiyalı olması kimi yenə bir "hərəkəti vəziyyət"
yaradır...
Suriyalılar ev-tarla alırlar, dükan açırlar, market işlətməyə
başladılar belə...
Universitet və cəmiyyətdə yer ayrıldı…
Həqiqətən "vətəndaş" edəcəklər...
Geriyə bunu qanuniləşdirmək qalır…
***
"Suriyalılara vətəndaşlıq verəkmi?" - deyə "referendum"
hazırla…
Bacarırsansa…