Yuxarı

"Türkiyənin 70 faizi Azərbaycanla bağlı yalan danışır"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk yazar Ayça Öztorun Adanada dünyaya gəlib. Doğum tarixini soruşsam da, "hiss etdiyim yaşdayam – 70-də" dedi. İki övladı var: bir qız, bir oğlan. Atası İsmayıl Haqqı Öztorun CHP millət vəkili olub. Söhbət əsnasında Ayça xanım həm şəxsi həyatı, həm də Kənan Evrən haqda çox maraqlı faktlardan söz açdı.

- Əsərləriniz nədən bəhs edir? Ümumiyyətlə, kitab sizin üçün nədir?

- Kitab mənim üçün həyatdır. Hər səhifələrində həyat gizlədən nəhəng bir dünyadır. Amma bizim bilmədiyimiz bir dünya. Dörd kitabım var. Kitabımın biri 12 sentyabr dövlət çevrilişindən bəhs edir. İkinci kitabım bir Çukurova hekayəsi idi. Bu romanda kənd əhalisi uşaqlarını ağalarına muzdla verir. Roman xalqla ağalar arasındakı düşmənçilikdən bəhs edən bir əsərdir. Siz seriallırımız izləyirsiniz. Orda əksər filmlərdə dənizkənarı villalardakı həyatdan bəhs edir. Amma həyat o cür deyil, həyat nağıl deyil. Bu romana görə mənə "Ən yaxşı roman" mükafatı veriləcək.

- Dünya və türk ədəbiyyatından ən çox kimləri daha çox bəyənirsiniz?

- Türk ədəbiyyatından Yaşar Kamal, Orxan Kamal, dünya ədəbiyyatından isə Çingiz Aytmatov... Mən həmişə öz romançılarımızdan danışıram. Rus ədəbiyyatı danılmazdır, ancaq məni çox cəlb etmir. Çünki mən bu torpaqlarda böyümüşəm, bu torpaqların ağrısını daha yaxşı duya bilirəm. Məsələn, Orxan Kamal məni daha çox təsirləndirir.

- Tolstoy, Dostoyevski necə?

- Şübhəsiz ki, onlar böyük yazıçı olublar. Ədəbiyyata başlamaq üçün əvvəlcə klassiklərimizi oxumaq lazımdır. Bəlkə də, mənim yazıçı olmağımın səbəbkarı dünya klassikləridir.

- Azərbaycan ədəbiyyatı haqda məlumatınız...

- Təəssüf ki, bu haqda elə də məlumatlı deyiləm. Əgər Türkiyənin 60-70 faizi Azərbaycan ədəbiyyatı haqda nəsə bildiyini iddia edirsə, demək, yalan danışır. Çox üzücü bir durumdur. Biz eyni millətik. Ölkələrimiz fərqlidir, amma eyni qandanıq. Azərbaycan dili mənim çox xoşuma gəlir. Amma təəssüf ki, müasir Azərbaycan ədəbiyyatı haqda çox az bilirəm. Bəlkə də, bunun səbəbi bir az təbliğat məsələsidir. Mən özüm də Azərbaycana gəlmək istəyirəm. Orada senarilərim əsasında film çəkmək planlarım var.

- Dünya ədəbiyyatında başqa hansı əsərlərin adlarını çəkə bilirsiniz?

- Türk ədəbiyyatından Demir Ökçə mənim fikirlərimin formalaşmasında böyük rol oynadı. Tək-tək ad çəkmək də olar, amma xüsusən Dostoyevskinin "Cinayət və Cəza"sını çox bəyənirəm. Mən hələ də özümü yazıçı kimi görmürəm. Çünki yazıçı olmaq üçün insan öz üzərindən çox işləməlidir. Bu statusu mənə cəmiyyət verməlidir, özüm yox.

- Senariləriniz nə haqdadır?

- Üç ssenarim var. Son yazdığım ssenari qadına şiddətdən bəhs edir. Qadın ölümlərinin səbəbləri haqda araşdırmadır. Amma kino cameəsinin işi bir az dolaşıqdır. Onlar mənim ssenarimi senzuraya məruz qoydular. Buna görə də ssenarimi onlardan aldım.

- Ən çox sevdiyiniz türk teatrları, hansı filmləri sevirsiniz?

- Texnologiya inkişaf edib deyə, kinoteatrlara getmirəm. Həftədə 2-3 dəfə evdə film izləyirəm. Təəssüf ki, teatrlara da son vaxtlar gedə bilmirəm. Aktyarlardan isə Kamal Sunal, Tarık Akan, Şener Şen...

- Bir yazıçı kimi hansı ölkələrdəsə kitab təqdimatı etdinizmi?

- Heç bir ölkəyə getməmişəm... İstəyərəm ki, romanımın biri azərbaycancaya tərcümə olunsun. Amma bunun üçün gərək təklif gəlsin. Mən bundan böyük məmnunluq duyaram. Eləcə də, ingiliscə də çevrilsin.. Hətta kürdcə də tərcümə olunmağını istəyərəm. Nəticədə kitab daha geniş sərhədlərə qədər gedib çata bilər.

- Siz Türkiyədə mütaliədən razısınızmı?

- Yazıçı illərlə əziyyət çəkib əsər yazır, amma təəssüf ki, oxumurlar. Demək olar ki, ölkənin 80 faizi kitab oxumur. Bütün günü kanallarda mənasız verilişlər, seriallar yayımlanır. Ancaq gəncləri maarifləndirəcək bir sənədli film belə yayımlanmır.

- Sizcə, bunun səbəbi nədir?

- Bu, toplumu axmaqlaşdırmaq üçün bu sistem qurulub. Savadlı gənc onlara lazım deyil. Məsələn, bir misal çəkim. Gəzi olayları göstərdi ki, 90-cı illər nəsli nəsə edə bilər. Bu gənclərin arasından böyük insanlar çıxa bilər.

- Türk ədəbiyyatında ən çox hansı yazarları izləyirsiniz?

- Orxan Kamalın bütün əsərlərini oxudum. O, həyatın gərçəklərindən yazırdı. Onun həyatı ilə yazdıqları üst-üstə düşür. Yaşar Kamal "İncə Məmməd" romanı ilə mənim baxışlarımı dəyişdi. "Üç anadolu əfasanəsi" haqda danışanda, az qala, özümü itirirəm. Nazim Hikmət haqda danışmağa belə dəyməz... O, çox nəhəngdir. Nazim, Orxan Vəli, Camal Sürəya bizim həqiqətimizdir. - Şəmsi Təbrizi, Füzuli, Nəsimi mənim həyatıma, ədəbiyyatıma böyük təsir göstərib. Mövlanə...

- Sevgi sizin üçün nədir?

- Sevgi mənim üçün bir anlıq bir həyəcandır. Ancaq bir insanı tanıdıqdan sonra sevirsənsə, demək, bu, əsl sevgidir. Sevgi mövzulu şeirlər də yazdım.

- Hansı siyasi partiyaya üzvsünüz?

- Bunu deyə bilmərəm. Çünki mən yazıçıyam. Amma siyasi baxışlarım sol yönümlüdür. Mənim atam həm siyasətçi, həm də ədəbiyyatçı idi.

- Qarabağ haqda nə deyə bilərsiniz?

- Müharibə çox üzücü bir şeydir. İnsanların bir-birini öldürməsi dəhşətlidir. Dünya yarananda sərhədlər yox idi, bütün vəhşiliklərin tək səbəbkarı insandır. İnsanların bir-birinə etdiyi zülmü heç bir heyvan etməyib. Mən Barış dərnəyinin üzvü olan İsmayıl Haqqı Öztorunun qızı olaraq bütün savaşlara qarşıyam. O torpaqlar Azərbaycanın haqqıdır və Azərbaycana da verilməlidir.

- İndiyə qədər kimi bağışlaya bilməmisiniz?

- Kənan Evrəni heç vaxt bağışlamayacağam. .Zindanlarda zülm gördülər, ancaq onlar barışı sağlayırdılıar, savaşa qarşı olduqları üçün Kənan Evrən tərəfindən zindanlara atlıdılar. Kənan Evrən psixoloji problemləri var idi. Hitler kimi psixoloji problemləri var. Mənim atam bir çox jurnalistlərlə bərabər barış dərnəyi davasından yarqılandı. Kənan Evrən mənim atamı öldürüb. Onu bağışlaya bilmərəm.

- Bir neçə gün əvvəl Türkiyədə seçkilər oldu...

- Türkiyə də demokratiya qazandı. Diktaturaya doğru gedən bir sistem var idi, ancaq şükür ki, hər şey yaxşı sonluqla bitdi.

- Kitab satışından, yazarlıqdan maddi gəlir əldə edirsinizmi?

- Yazıçı pul qazanmaq üçün yazmamalıdır. Əgər yazırsa, demək, o yazıçı deyil. Mənim başqa işim var. Bütün evi, maşını dizaynerlikdən qazandığım pulla almışam. Yazdığım köşələrin də qonorarını Barış dərnəklərinə bağışlayıram.

SEVMEK İYİDİR İYİ

Sol yanımda umut var…
Özlemler bitecekmiş,
Değnek hazır bekliyor!
Koşarak gelecekmiş.

Sakin olursa gelirim,
Diye haber uçurdun,
Mecbursun sen gelmeye!
Aklını mı kaçırdın?

Hadi bakalım gelmesin!
Gelmesin de göreyim!
Uzaktan gözlerimle,
Tehtit bakışı çekeyim.

Geleceksin gelmeye;
Havanı atma bari!
Edebinle gel artık!
Tüketme yüreğimi!..

"Jumanju" yapma bana!
Bu oyun da tükendi,
Tıpış tıpış gel bana!
Bak ellerim terledi.

Sağ gösterip sol vurmak,
Sayende hobim oldu.
Telaşını görüyorum,
İnan gözlerim doldu.

Ellerim kaşınıyor;
Gel seni bir seveyim!
Yollarına gül değil,
Dikenleri sereyim

Tarix
2015.06.22 / 17:17
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla