Yuxarı

Cinsi aktivliyi artırır deyə…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Türkiyənin məşhur köşə yazarı Bəkir Coşqunun Sözcü.com saytında yayımlanan köşəsini təqdim edir:

Suriyalıları istəmirik!

Çətinə düşəndə çörəyimizi paylaşarıq...

Suyumuzu paylaşarıq...

Amma "vətən"i paylaşmarıq…

***

Mən heç belə "qaçqın" da eşitmədim...

Bayram tətillərini gedib "Ölümdən qaçdıq" dedikləri Suriyada keçirdilər, döndülər.

Qalanlar da onsuz da çimərliklərdəydi...

***

3.5 milyon suriyalıdan 20 mini əsgərlikdən qaçıb...

300 mini əli silah tuta biləcək yaşda...

Amerikan təraşını çəkib, əllərində pivə butulkaları ilə Bodrum qumluğunda "Suriya, Suriya ..." deyə şüar səsləndirdiklərinə görə... Ya da Konyada vurduqları iti qorumaq istəyən 18 yaşlı gənci bıçaqla öldürdüklərinə görə... Dahası, bomba hazırlayarkən əllərində partlatdıqlarına görə...

Ölkələri üçün bir səy göstərməlidirlər…

Ruslar gəlib ölkələrini İŞİD-in əlindən qurtarmaq üçün döyüşür... Amerikalılar ölkələrini qurtarmaq üçün döyüşür...

Fransızlar, ingilislər, hollandiyalılar, Kanadadan gəlmiş adamlar...

Bu qaçıb Antalya, Konya çimərliyinə…

***

Kişilər "cinsi aktivliyi artırır" deyə, Birləşmiş Millətlərdən gələn uşaq yeməyini yeyib bitirdilər… Çadır şəhərlərdə gündə 135 uşaq doğulur...

Bunlar bomba səsləri altında 250 min artdılar…

***

Uşaqlara, yaşlılara, xəstələrə, qadınlara təbii ki, qapımız açıqdır...

Aşımızı paylaşarıq...

Çörəyimizi paylaşarıq...

Bu anda edilən də bu: xərclər oğruların İsveçrədəki hesablarından ödənmir, ən yoxsul vətəndaşımızın belə cibindən çıxır...

Nəyimiz varsa, möhtac olanla paylaşarıq...

Amma Türkiyəni paylaşa bilmərik…

***

Halbuki adam, bunlara vətəndaşlıq verərək "prezidentlik" üçün iki-üç milyon səs ümidində...

Diqqət edin:

AKP, hicab, mühakimənin partiyalı nazirə həvalə olunması, prezidentin partiyalı olması kimi yenə bir "hərəkəti vəziyyət" yaradır...

Suriyalılar ev-tarla alırlar, dükan açırlar, market işlətməyə başladılar belə...

Universitet və cəmiyyətdə yer ayrıldı…

Həqiqətən "vətəndaş" edəcəklər...

Geriyə bunu qanuniləşdirmək qalır…

***

"Suriyalılara vətəndaşlıq verəkmi?" - deyə "referendum" hazırla…

Bacarırsansa…

Tarix
2016.07.13 / 08:45
Müəllif
Bəkir Coşqun
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla