Yuxarı

Bank bağlananda kredit niyə faizlə alınır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağlanan banklarda müflisləşmə qərarından sonra əmanətlər üzrə faizlərin hesablanmasının dayandırılması, ancaq kreditlər üzrə davam etdirilməsi diqqəti çəkən məqamlardandır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir:

"Məsələn, bir şəxsin bağlanan 4 bankdan birində əmanəti, digərində isə krediti var. Hər iki bank müflis elan edilərsə, bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir. ƏSF-in mövcud qaydalarına əsasən, əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclərə isə fond məsul deyil. Amma vətəndaşın qorunan əmanətini geri alması bəzən bir neçə ay zaman tələb edir və həmin aylara faiz hesablanmır. Bununla yanaşı, vətəndaş kredit faizlərini fasiləsiz banka ödəmək məcburiyyətindədir. Bu isə o deməkdir ki, vətəndaşın öhdəliyi ilə bankın öhdəliyi bir-birindən fərqləndirilir. Bank müflis olduqdan sonra əmanətinə hesablanmalı olan faizini ala bilməyən vətəndaş müflisləşməkdən sonra da kredit faizlərini banka ödəməyə davam edir".

İqtisadçı hesab edir ki, Fond tərəfindən qorunan əmanətlərə görə hesablanmış faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var:

"Digər tərəfdən, mövcud qaydalara əsasən, əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Eyni zamanda, müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əgər vətəndaşa əmanət 180 gündən sonra ödəniləcəksə, o zaman bankın müflisləşməsindən keçən həmin müddətə faiz niyə hesablanmasın ki?"

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası ötən həftə Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Tarix
2016.07.25 / 14:55
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla