Qəzza ilə bağlı danışıqlarda mühüm irəliləyiş oldu
20:53
Ana səhifə Gündəm |
Türkiyə hökuməti Fətullah Gülən hərəkatının fəaliyyəti ilə bağlı olan bütün şirkətləri bağlayacaq.
Axar.az "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Gömrük və Ticarət naziri Bülənd Tüfəngçi söyləyib. Onun sözlərinə görə, hökumət Gülən tərəfdarlarına sponsorluq edən şirkətlərlə bağlı araşdırma aparacaq.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Bundan sonra Türkiyə hakimiyyəti ordu, polis, ədliyyə, təhsil sistemindəki Gülən tərəfdarlarına qarşı təmizləmə kampaniyasına başlayıb.
Tarix
2016.07.25 / 17:33
|
Müəllif
İlkin Həsənov
|