Yuxarı

BOŞ planı: Kürdüstan üçün düyməyə basıldı - FETÖ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

40 ildir Türkiyə Silahlı Qüvvələrinin içində özünə yer edən Gülən camaatı ABŞ-ın planının bir parçası idi.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Kərəm Çalışqanın Türkiyə mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, 1990-cı ildə Berlin divarının yıxılmasından sonra ABŞ-ın əsas hədəfi Böyük Orta Şərq layihəsidir:

"BOŞ-un əsas məqsədi soyuq savaşdan sonra Yaxın Şərqdə İsrailin təhlükəsizliyini zəmanət altına almaqdır. Buna görə də ABŞ-ın keçmiş Dövlət katibi Kondaliza Rays bu plan daxilində 22 ölkənin hakimiyyətinin və sərhədlərinin dəyişdirilməsinin nəzərdə tutulduğunu deyirdi. Yaxın Şərqdə Ərəb baharı da ona görə aktivləşdirildi. BOŞ-un hədəfi Türkiyənin parçalanması və Böyük Kürdüstanın yaradılmasıdır. İsrailin təhlükəsizliyi üçün bölgədəki ərəb, türk və İran dövlətləri parçalanmalıdır. Fərat və Dəclə su hövzələri arasındakı enerji qaynaqları İsrail+Kürdüstan, yəni Böyük İsrailin nəzarətinə verilməlidir. Böyük Kürdüstan planı 1990-cı illərdən bu yana aktivləşdirilib. FETÖ çevrilişi məhz bu layihənin parçası idi. Çevriliş olsaydı, Türkiyə daxili savaşa sürüklənəcək, Türkiyə ordusu və dövləti tam şəkildə parçalanacaqdı. Bununla da Kürdüstanın yaradılması istiqamətində böyük addım atılacaqdı. Yeni planlar yenə qurulacaq. B planına görə Ərdoğan liderliyindəki Türkiyə Qərbdən, Avropa Birliyindən, NATO-dan uzaqlaşdırılacaq. NATO-dan qopan Ankaraya Avropada tam qadağa qoyulacaq. Bunun qarşılığında Qərb daha demokratik kimi görünən PKK-nın yanına keçəcək. Buna görə də türk ordusunun şərəfi ayaqlar altına atıldı. Türk ordusu artıq sıfırdan yığılmağa başlandı. ABŞ-ın B planı işləməyə başladı. Ərdoğan çox çətin situasiyaya düşüb. Türkiyə parçalanma oyunlarından qurtulmaq üçün qərarını verməlidir".

Tarix
2016.07.26 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla