Yuxarı

Prezidentlərin Fransa görüşü: 7 rayon müzakirədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin Fransada gözlənilən görüşü Dağlıq Qarabağla bağlı çox ciddi vədlər verir.

Bu barədə Axar.az-a millət vəkili Rövşən Rzayev açıqlama verib. Fransa görüşünə ümidlərin olduğunu deyən millət vəkili bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünün sülh yolu ilə təmin edilməsi prosesini intensivləşdirəcək:

"Prezident İlham Əliyevin bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Ona görə də Ermənistan gələcəkdə bir dövlət kimi inkişaf etmək istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və qoşunlarını işğal altında saxladıqları torpaqlarımızdan tezliklə geri çəkməlidir. Bu, Fransada danışıqlar prosesinin əsas predmeti olacaq. Bu gün Ermənistanda baş verən hadisələr Dağlıq Qarabağla bağlı gedişatı dəyişə bilməz. Ermənilər artıq səhra düşüncəli başçılarından beziblər. Bunun da səbəbi Sərkisyan kimi səriştəsiz, cinayətkar, cani, passiv bir başçının öz xalqını, dövlətini bu cür iflasa uğratmasıdır. Sərkisyan nə qədər çalışsa da, danışıqlar prosesini əngəlləyə bilməyəcək".

R.Rzayev qeyd edib ki, Azərbaycanın bu gün Dağlıq Qarabağı azad etməyə tam hüququ çatır və zaman lehimizə işləyir:

"Prezident prosesi birbaşa aparan şəxsdir və dəfələrlə çıxışlarında danışıqlar xətrinə danışıqların olmayacağını qeyd edib. Hazırda ortada olan variant Madrid prinsiplərinin yenilənmiş variantıdır. Düzdür, bu sənəd imzalanmayıb, ancaq Dağlıq Qarabağ və onun hüdudlarından kənarda olan 7 rayonun azad olunmasının qaydaları artıq növbəti danışıqların predmetidir və düşünürəm ki, problem yaxın gələcəkdə öz həllini tapacaq".

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.

Tarix
2016.07.27 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla