Yuxarı

Sığorta şirkəti filial müdirlərini cəzalandırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsığorta" şirkəti iki filial müdirini cəzalandırıb.

Bu barədə Fins.az-a şirkətin idarə heyətinin sədr müavini Aftandil Hacıyev bildirib. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının icbari sığorta ilə bağlı endirimləri qadağan etməsindən sonra satış məsələlərinə rəhbərlik etdiyi üçün filial rəhbərlərivə sığorta agentləri ilə görüş keçirilib. Daha sonra Palatanın xəbərdarlıq müraciətinin mətni ilə bütün nümayəndəliklərə və agentlərə çatdırılıb.

Amma buna baxmayaraq, bəzi agentlər icbari sığorta satışları zamanı qanunsuz endirimləri davam etdiriblər. Şirkət tərəfindən hələlik qanunsuz endirimlər edən bir sığorta agenti aşkarlanıb. Sığorta şirkəti həmin agentlə əməkdaşlığı dayandırıb.

Eyni zamanda həmin sığorta agentinin əməkdaşlıq etdiyi Xaçmaz və Siyəzən filiallarının rəhbərlərinə töhmət elan edilib. A.Hacıyev bildirib ki, qanunsuz endirimlərə yol verən sığorta agentləri aşkarlandıqca əməkdaşlıq dayandırılacaq.

Eyni zamanda belə satışlara göz yuman filial rəhbərləri əvvəlcə inzibati qaydada cəzalar, daha sonra işdən azadolunma gözləyir.

Tarix
2016.07.27 / 10:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əsədov Ankarada mühüm iclasda: Protokol imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla