Yuxarı

Paşayeva 3 nazirə müraciət etdi – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Axar.az xəbər verir ki, millət vəkili sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq, onların Bakıda və ya rayonda xəstəxanalara yerləşdirilməsini təşkil edib.

Millət vəkili həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər ünvanlayıb.

Sakinlər millət vəkili ilə görüşdə ön cəbhə rayonlarında ünvanlı sosial yardıma ehtiyacı olan insanların daha çox olduğunu, özəlliklə yeni iş yerlərinin artmasına xidmət edən layihələrin vacibliyini xüsusi vurğulayıblar.

Bəzi təkliflərin parlamentdə səsləndiriləcəyini deyən millət vəkili Qənirə Paşayeva Tovuzda şəhid Nağı Əmiraslanov adına Düz Qırıqlı kənd orta məktəbini də ziyarət edib, müəllimlərin problemləri ilə maraqlanıb.

Müəllimlər şəhidimizin adını daşıyan orta məktəbin artıq 91 ildir fəaliyyət göstərdiyini və binanın vəziyyətinin təhsil üçün çox yararsız olduğunu diqqətə çatdırıblar.

Q.Paşayeva məktəbin tikintisi üçün hökumətə və Təhsil Nazirliyinə müraciət etdiyini və problemin yaxın zamanda öz həllini tapması üçün şəxsən təkrar Təhsil naziri Mikayıl Cabbarova müraciət edəcəyini vurğulayıb.

Tarix
2016.07.30 / 10:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla