Yuxarı

İrəvandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan sosial şəbəkələrində sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş olunmuş Rusiya ordusuna məxsus "İsgəndər" operativ-taktiki raketləri barədə ilginc xəbərlər yer alıb.

Axar.az xəbər verir ki, Arman Manukyan adlı sosial şəbəkə istifadəçisi parad bitdikdən sonra texnikaların meydandan çıxmasını müşayiət edib.

Belə ki, o həmin vaxt Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik-leytenant rütbəli şəxsin sözügedən texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışıqlara qulaq şahidi olub.

Sosial şəbəkədə geniş rezonans doğuran bu yazışmaya əlavə olunan şərhlərdə qeyd olunub ki, Qalsyan adlı hərbi rütbəli şəxs Ermənistan Silahlı Qüvvələrinin hərbi texnika idarəsinin rəis müavinidir.

Qeyd edək ki, Ermənistan tərəfinin inkar etməsinə baxmayaraq, rusiyalı ekspert, hərbi analitik Aleksandr Xramçixin də "İsgəndər" raketlərinin Ermənistana məxsus olmadığını bildirib. Həmçinin Karen Karapetyan adlı erməni ekspert də müsahibəsində bu oyunun Sərkisyan tərəfindən erməni xalqını anti-Rusiya fikirlərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji sarsıntını sakitləşdirmək üçün qurulduğunu söyləyib.

Tarix
2016.09.24 / 13:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla