Yuxarı

“Şəbəkə öz əlaltısı Fazil Mustafanı qabağa verib...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az AMEA Tarix İnstitutunun Fazil Mustafanın çıxışına qarşı yaydığı tarixçi-alim Dilavər Əzimlinin yazısını təqdim edir:

Azərbaycan tarixinə qarşı əməlli-başlı hücumlar başlayıbdır. Bunun başında duran şəbəkə özünün əlaltılarına artıq fitini veribdir. Bu mənada yenidən gündəm qarışdırılmışdır. Bunun önündə də Fazil Mustafa gedir.

Ona səs verənlərdən biri də İbrahim Seldir. Cənab Fazil, ona niyə cavab vermirsən? Azərbaycanı bütünlüklə İrana bağlayır. Sən Yaqub Mahmudovu tarixçi kimi qəbul etmirsən. Düzdü, edə bilməzsən də... Çünki onun səviyyəsinə çatmaq lazımdır. Bu gün sənin kimilər Şah İsmayıla, Azərbaycan dövlətçiliyinə hücum etdiyi halda, Yaqub Mahmudov Sankt-Peterburqa hazırlaşır. Bilirsən niyə? Orada bir elmi konfrans keçirilir. Həm də siyasi məqsədlərə xidmət edir. Konfrans numizmatikaya həsr olunubdur. Erməni numizmatikləri sentyabrın 29-da orada çıxış edəcəklər. Mövzuları bilirsən nədir: Naxçıvanın, Gəncənin, İrəvanın, Qarabağın ermənilərə məxsus olduğunu sübut edən numizmatik materiallar...

Yəqin ki, xəbərin vardır. Ora bizim alimləri dəvət etməyiblər. Amma Yaqub Mahmudov hələ keçmiş SSRİ-də məşhur numizmatik sayılan, indi də fəaliyyətini davam etdirən Əli Rəcəblini də götürüb birbaşa ora gedəcəkdir. Çox dəyərli məruzələr hazırlayıblar. Bu həm də həyati bir riskdir. Yaqub Mahmudov dəfələrlə belə risklərlə üz-üzə gəlib, ancaq qalib çıxıbdır! Yaqub müəllim həmin konfransa düşmək üçün özünün şəxsi dostlarından istifadə edir. Onlar orada birdən peyda olub, erməniləri susduracaqlar. Sən özünü tarixçi sayırsansa, nə əcəb ora getmirsən. Çünki sənin maliyyə imkanın yaxşıdır. Əksinə, fəaliyyətin bizə qarşı hücuma keçənlərlə üst-üstə düşür. Bu baxımdan Yaqub Mahmudovu qəbul etməzsən də...

Sənin adını çəkdiyin Toynbi türk düşməni olmuşdur. O zaman İngiltərədə yaranan komissiyaya onun adını saldılar və Osmanlı imperiyasında qondarma erməni soyqırımının baş verməsi haqqında qalaq-qalaq məqalələr yazdı. Nə əcəb Osmanlı düşmənini bu qədər sevirsən? Bu yəhudi əsilli alim əslində, öz əsərlərini də məqsədli şəkildə yazmışdır.

Sən Faruq Sümeri oxumamısan. Çünki Faruq Sümer Səfəviləri Azərbaycan dövləti sayır və Şah İsmayıla böyük şəxsiyyət kimi yanaşır. Sadəcə olaraq, o, Əhməd Zəki Vəlidi Toğanın səhvini təkrar edib və səfəviləri kürd əsilli yazıb. F.Sümer görkəmli tarixçimiz Oktay Əfəndiyevin tənqidindən sonra öz səhvini etiraf etmişdir.

Fazil bəy, sən tarixçi ola bilməzsən. Fəzail Ağamalı düz deyir ki, beş il təhsil almasan, tarixçi məntiqin ola bilməz. Əslində, bu səndə özünü göstərir. Höte deyirdi ki, zamanından asılı olaraq, dünya tarixi yenidən yazılmalıdır. Ona görə yox ki, nəsə baş verir. Bu ona görə olmalıdır ki, yeni nəzəriyyələr yaranır, tarixə baxış dəyişir.

Əhməd Zəki Vəlidi Toğan nəhəng türk tarixçisidir. Amma indi onun zamanı deyildir. Bir zamanlar deyirdilər ki, biz Altaylardan gəlmişik. Amma indi araşdırmalar sübut etdi ki, biz min illər Azərbaycan ərazilərində yaşamışıq. İndi bunu qəbul etməyək ki, bunu Əhməd Zəki Vəlidi Toğan deməyib?

Və yaxud tez-tez Cümhuriyyət liderlərinin adlarından istifadə edirsən. Onlara toxunma! Onlar bizim simvollardır. Amma tarix, tarixdir. Onların zamanında müstəqil Azərbaycan tarixşünaslığı yox idi. Bir də istəsən də, istəməsən də bu gün müstəqil Azərbaycan tarixşünaslığı inkişaf edir. Onun önündə tarixçilər komandası gedir. Onun baş komandanı da Yaqub Mahmudovdur. Onun familyasını yazanda heç olmasa, düz yaz. Sən ki, hüquqşünassan!

Biz də fəxr edirik ki, Yaqub Mahmudovun rəhbərliyi altında tarix yazırıq və bizim tarix elmimizə qarşı olan bütün hücumların qarşısını alacağıq!

Tarix
2016.09.24 / 16:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla