Yuxarı

Əmək haqları və pensiyalar artacaq - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürülüb.

APA-nın məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov deyib.

Nazir həmçinin 2017-ci il dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayıb:

"Şübhəsiz ki, büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər nəzərə alınıb. Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər bizə də təsirsiz ötüşmür. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb.

Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub.

Digər tərəfdən unutmamalıyıq ki, bizim gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb. Biz çalışmalıyıq ki, xərclərimizlə gəlirlərimiz ayaqlaşsın. Bunun əksi baş verərsə, biz risklərlə üz-üzə qalarıq. Gələn il xərclər siyasətimiz daha sərt olacaq. Bu, o deməkdir ki, daha səmərəli xərclərə üstünlük veriləcək".

Tarix
2016.09.26 / 13:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla