Yuxarı

Qəzzafinin neft nazirinin dəftərində - Şok qeydlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Axar.az xəbər verir ki, sənədlərdə Qəzzafinin Fransanın sabiq prezidenti Nikola Sarkoziyə 2007-ci il prezident seçkilərində maddi dəstək verdiyi əks olunub.

Qalmaqallı xəbərlər yaymaqla məşhurlaşan "Mediapart" saytı bu barədə Liviyanın keçmiş neft naziri, 2012-ci ildə Avstriyanın paytaxtı Vyanada naməlum şəraitdə öldürülən Şükrü Qanemə aid qeyd dəftərində məlumatlar tapıldığını vurğulayıb.

Sözügedən qeyd dəftəri isə Norveçin bir şirkəti haqqında açılan korrupsiya ittihamı çərçivəsində Qanemin Hollandiyada yaşayan kürəkəninin evində aparılan axtarış zamanı aşkar edilib.

Qeyd dəftərində Qəzzafinin Sarkoziyə həmin dövrdə 6.5 milyon dollardan çox yardım etdiyi qeyd olunub.

Xatırladaq ki, Qəzzafinin Sarkozinin seçki kampaniyasına yardım etməsi barədə bundan öncə də xəbərlər yayılıb.

Tarix
2016.09.28 / 11:08
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla