Yuxarı

Oğlu qətl törədən məktəb direktoruyla bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oğlu qətl törədən məktəb direktorunun işdən çıxarılmasına aydınlıq gətirib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan Report-un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyeva öz ərizəsi əsasında işdən azad olunub.

İdarədən bildirilib ki, R.Əliyeva təqdim etdiyi ərizə əsasında təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq, məktəbdə ixtisası üzrə müəllim saxlanılmaqla Bakı şəhəri 191 saylı tam orta məktəbin direktoru vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, R.Əliyeva 2015-ci ilin iyul ayında keçmiş arvadını öldürərək yandıran şəxsin anasıdır. Belə ki, paytaxtın Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızıdır.

N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu - 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb.

Xatırladaq ki, keçən il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub.

Faktla bağlı cinayət işi başlanıb, qətli törədən şəxs həbs edilib.

Tarix
2016.09.29 / 12:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla