Yuxarı

9 yaşlı uşaqdan ABŞ-a dərs

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azyaşlı Zianna Olifant Şarlottada qaradərili amerikalı Keyz Lamont Skottun bir polis tərəfindən öldürülməsindən sonra şəhər məclisində irqçiliyə qarşı həssas fikirlərlə çıxış edib.

Axar.az xəbər verir ki, 9 yaşlı qaradərili qız fikirləri ilə ABŞ və dünyanın diqqətini polis şiddəti və irqçiliyə çəkib.

"Biz etiraz etməyə məcbur edilməməliyik. Ancaq siz bizimlə düzgün rəftar etmirsiniz. Etiraz edirik, deməli, etmək məcburiyyətindəyik. Biz qaradərili xalqıq və özümüzü belə hiss etməyimiz lazımdır. Ata–analarımızın ölməsi bir utancdır, onları bir daha görməyəcəyik. Onların məzarına getmək məcburiyyətində qalmağımız da sizinçün bir utancdır".

Ziannanın anası qızının məclisdəki nitqinin planlaşdırılmadığını bildirib.

Polis gülləsi ilə həyatını itirən 43 yaşlı Skot 7 uşaq atası olub. Şarlottadakı hücumla bağlı etiraz aksiyası təşkil edən nümayişçilər "Qaradərililərin həyatı dəyərlidir" devizi altında çıxış edərək Bələdiyyə naziri Cennifer Roberts Təhlükəsizlik idarəsinin müdiri Kerr Putni və millət vəkillərinin istefa verməsini istəyib.

Tarix
2016.09.30 / 01:43
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla