Yuxarı

“Qarabağ”dan antirekord

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsinin II turunda "Fiorentina"ya 1:5 hesabı ilə uduzan "Qarabağ" Azərbaycan klublarının 37-ci ağır məğlubiyyətini rəsmiləşdirib.

APA-nın məlumatına görə, qitə kuboklarında 1994-cü ildə debüt edən klublarımız bunadək 36 darmadağına üzülmüşdü.

13 müxtəlif komandamız azarkeşlərinə acınacaqlı üzüntü yaşadıb. "Qarabağ" antirekordçudu – 10 böyükhesablı məğlubiyyət. 6 dəfə uduzan "Neftçi" isə 2-cidi. "Kəpəz" isə 4 dəfə darmadağın yaşayıb.

Sonuncu böyükhesablı yenilgi 294 gün öncə yaşanıb. Ötən mövsüm qrupda "Qəbələ" "Krasnodar"a 0:3 hesabı ilə uduzub. Bu matç 2015-ci il dekabrın 10-da qeydə alınıb.

4 və ya daha çox top fərqi ilə son yenilgi ötən il noyabrın 5-də yaşanıb. 329 gün əvvəl "Qəbələ" Dortmundda "Borussiya"dan 4 cavabsız qol buraxıb.

Ən azı 5 top buraxdığımız son qarşılaşma isə 868 gün əvvəl qeydə alınmışdı. 2014-cü il iyulun 10-da "Makkabi" (Hayfa) "Xəzər Lənkəran"a 8 cavabsız qol vurmuşdu.

Tarix
2016.09.30 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla