Yuxarı

Səudiyyədən ABŞ-a 11 Sentyabr xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 Sentyabr qurbanlarının yaxınlarının Səudiyyə Ərəbistanını məhkəməyə verə bilməsi haqqında ABŞ-da qəbul edilən qanun layihəsinin nəticələri dağıdıcı olacaq.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yayıb.

Rəsmi Ər-Riyad ABŞ Konqresindən qəbul edilən qanun layihəsi ilə bağlı lazımi tədbirlər görməsini xahiş edib. Nazirlik bu qanun layihəsinin bütün dünya dövlətlərinə təsir edəcəyini bildirib.

Qeyd edək ki, dünən ABŞ Senatı Səudiyyə Ərəbistanının 11 Sentyabr teraktı ilə əlaqədar məhkəməyə verilməsinə imkan yaradan qanun layihəsini qəbul edib.

Bundan öncə Nümayəndələr Palatası da eyni qanun layihəsini qəbul edib. Lakin sonradan ABŞ Prezidenti Barak Obama bu qanun layihəsinin ölkənin milli maraqlarına zidd olduğunu əsas gətirərək ona veto qoyub.

Səudiyyə Ərəbistanı bu məsələ ilə bağlı ABŞ-ı şantaj edir. Ər-Riyad bu layihə qəbul olunacağı təqdirdə ABŞ-dakı 750 milyard dollarlıq aktivlərini satışa çıxaracağını bəyan edib.

Tarix
2016.09.30 / 09:58
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla