Yuxarı

Lənkəranskinin xələfi azadlığa çıxır: qisas alınacaqmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yezidi kürd Zaxari Kalaşovun (Şakro Molodoy) həbsindən və azərbaycanlı qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) qətlindən sonra Rusiya kriminal aləmində nömrə 1-in kimin olacağı ilə bağlı müzakirələr gedir.

Axar.az xəbər verir ki, dələduzluqda suçlanan Şakro Molodoy Aslan Usoyan (Ded Xasan) "taxt-tacında" möhkəmlənməmiş həbs edilib və onu uzun müddətli türmə həyatı gözləyir.

Lənkəranskinin ən yaxın adamı, qətlindən sonra İstanbulda həbs edilən Hacı Talıbxanlı da (Hacı Beyləqanski) hazırda klana rəhbərlik etmək gücündə deyil. İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnir. Xəbər verdiyimiz kimi, bu səbəbdən Lənkəranski klanının Türkiyəyə cavabdeh şəxsi kimi "Kurşa" ləqəbi ilə tanınan 44 yaşlı Qoça Çinçaridze tanınıb. Qanuni oğru adını 19 yaşında alan Qoça son illər Türkiyədə məskunlaşmışdı. Qeyd edək ki, Lənkəranskinin beynəlmiləl (ermənilərdən başqa) hesab edilən klanında əsas söz sahibləri gürcülər olub. Bu səbəbdən Lənkəranskinin xələfi kimi gürcü qanuni oğrulardan birinin seçiləcəyi gözlənilir.

Bu ərəfədə isə Rövşən Lənkəranskinin ən yaxın adamlarından olan Merab Canqveladze (Merab Suxumski) azadlığa buraxılmalıdır. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyat zamanı həbs edilən Canqveladze Lənkəranski ilə ən yaxın müttəfiq və Ded Xasan klanının ən qatı düşmənlərindəndir. Onun həbsi Lənkəranskinin faktiki təklənməsi kimi qiymətləndirilirdi.

Oktyabrın 18-də cəza müddəti tamamlanan Suxumskinin qayıdışı Lənkəranski klanına əlavə güc qata bilər. Belə iddialar da var ki, Suxumskinin ilk işlərindən biri məhz Lənkəranskinin intiqamını almaq olacaq. Nəzərə alsaq ki, Lənkəranskinin intiqamı hələ alınmayıb, bu səbəbdən də Suxumskinin azadlığa çıxması ilə kriminal aləmdə yeni müharibənin alovlanması qaçılmaz olacaq.

Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən Suxumskinin Rusiyaya qayıtmasını istəmirlər. Rusiya KİV-lərinin xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə Suxumskiin Rusiya vətəndaşlığının ləğvinə baxılıb.

Qərara görə, Suxumski özü haqqında doğru məlumat vermədiyinə görə vətəndaşlığına xitam verilib. Gələn həftə bu məsələ ilə bağlı apelyasiya şikayətinə baxılacaq və son qərar veriləcək. Əgər qərar qüvvədə saxlanılsa, o, Rusiyaya qayıdan kimi deportasiya olunacaq. Məlumatda bildirilir ki, Suxumski Rusiya vətəndaşlığından çıxarılarsa, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir sıra cinayətlərdə günahlandırır. Xatırladaq ki, Şakro da iki il əvvəl İspaniya həbsxanasından buraxılanda Rusiyanın onu Gürcüstana təhvil verəcəyi deyilirdi. Amma Rusiya Şakronun vətəndaşlığını ləğv etmədi və bəzi razılaşmalar əsasında bu ölkədə yaşamasına izn verdi. (Belə görünür ki, o, razılaşmaları pozduğu üçün həbs edilib və hələ uzun illər azadlıq üzü görməyəcək).

Rusiya KİV-ləri Suxumskini criminal aləmin ən iddialı namizədi sayır.

Kriminal aləmin ən odioz fiqurlarından olan Suxumski haqda məlumatlar çox azdır. Onun haqqında Yutub şəbəkəsində yerləşdirilən qısa video-çarxda bu barədə məlumat almaq mümkündür. "Merab Suxumskidən master-klass" başlıqlı həmin süjetdə təhqiqatçının ona ad və soyadı ilə bağlı verdiyi sualları belə cavabsız qoyduğu əks olunub. "Master-klass" oğru dünyasında "görməmişəm, eşitməmişəm, bilmirəm" sözlərini ehtiva edir.

Musavat.com-un xəbərinə görə, Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. Qanuni oğru adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da "Suxumski" ləqəbi ilə tanınır və Lənkəranski ilə yaxşı münasibətləri olub.

Rusiya mafiyasının "xaç atası" Vyaçeslav İvankovla (Yaponçik) uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. Yaponçik tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında Lənkəranski ilə yanaşı Merab da var. Ded Xasanın qətlindən sonra da Suxumski və Lənkəranskinin adları sifarişçilər siyahısında birgə hallanıb.

Yaponçikin öldürülməsindən sonra Suxumskinin Ded Xasanla da münasibətləri daha da pisləşir. Bu dəfə əzəli rəqiblər Soçidə 2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət uğrunda mübarizədə toqquşublar.

2010-cu ildə Usoyan Moskvada 50 nəfər qanuni oğrunun iştirakı ilə Merab Suxumskinin "şəxsi işinə" baxılması üçün "sxodka" çağırıb. Deyilənə görə, Ded Xasan sanki məhkəmədəki kimi Merabla bağlı ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan getdiyi açıqlanmasa da, nəticə Ded Xasanın istədiyi kim olur – Merab "oğru" adından məhrum edilir.

Tarix
2016.09.30 / 11:05
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla