Yuxarı

1 il keçdi: Rusiyanın Suriya müdaxiləsi nəyi dəyişdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyada apardığı hərbi əməliyyatların ən önəmli nəticəsi terrorçu qrupların paytaxt Dəməşqi ələ keçirə bilməməsi olub.

Axar.az xəbər verir ki, bunu Kreml sözcüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Əməliyyatların nəticəsi barədə hərbi mütəxəssislər danışacaq, amma hər halda İŞİD, Əl Qaidə, Nüsrə Cəbhəsi kimi terrorçu təşkilatlar Dəməşqdə deyilsə, bu bizim uğurumuzdur.

Ali Baş Komandan Vladimir Putin əməliyyatların başlanması ilə bağlı göstəriş verəndə bunun nə qədər davam edəcəyi barədə məlumat verməmişdi. O, əsas məqsədimizin terrorçulara qarşı mübarizə olduğunu deyib. Bu gün də terrorçu qruplar Suriyada qalmaqdadır".

Xatırladaq ki, 30 sentyabr 2015-ci ildə Rusiya rəsmi Dəməşqin müraciətindən sonra Suriyada terrorçulara qarşı aktiv hərbi əməliyyatlara başlayıb. Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatı son 1 il ərzində Rusiya hava hücumları nəticəsində 9364 mülki vətəndaşın həlak olduğunu açıqlayıb.

Tarix
2016.09.30 / 17:34
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla