Yuxarı

Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası oldu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda kənd təsərrüfatı və qida sənayesi, tikinti, maliyyə və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 50-yə yaxın aparıcı şirkətlərin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev İşgüzar Şuranın iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb, Azərbaycan şirkətlərini Şuranın imkanlarından yararlanmaqla rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə çağırıb.

Şuranın sədri İsgəndər Xəlilov iki ölkə arasında investisiya fəallığının artırılması, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından qarşıda duran vəzifələrdən danışıb, sahibkarları Azərbaycan-Rusiya İşgüzar Şurası ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə iş adamları arasında müzakirələr aparılıb.

Tarix
2016.09.30 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla