Yuxarı

İki aya dünya düzənini dəyişəcək seçki və...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Referendumdan sonra nəzərdə tutulan hərbi, iqtisadi reformlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də bir sıra əməli addımlar atılacaq. Bu, heç də hərbi vəziyyətin elan olunması, yaxud da müharibə anlamına gəlmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Azərbaycanı lazımı addımlar atmağa vadar edən məhz erməni tərəfinin bir sıra siyasi gedişləri və "İsgəndər" şousu oldu:

"Azərbaycan sülhün bərqərar olması üçün əlindən gələni edir. Təbii ki, bütün bunların hamısını ərazi bütövlüymüz içərisində etmək lazımdır. İlk növbədə işğalçılar ərazilərimizdən çıxarılmalı və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, bununla bağlı müvafiq reformlar keçiriləcək, eyni zamanda, güc nazirliklərinə və digər qurumlara müəyyən tapşırıqlar veriləcək. Bütün bu proseslər BMT, beynəlxalq qurumların qanunları çərçivəsində öz həllini tapacaq".

Suriya böhranına görə Rusiya və ABŞ arasında yaranmış gərginliyə toxunan politoloq bu kontekstdə ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına da münasibət bildirib:

"Kerri danışıqların dalana dirənməsi ilə bağlı bəyanatlar verdi. Azərbaycan lideri daim danışıqlara hazır olduğunu, danışıqlar naminə danışıqlara getməyəcəyini bəyan edir. Sülh danışıqlarından boyun qaçıran məhz Ermənistan prezidentidir. Buna görə beynəlxalq qurumlar dərhal Ermənistana təzyiq göstərməli, havadarları isə İrəvanı müəyyən addımlar atmağa məcbur etməlidir. Noyabrda ABŞ-da prezident seçkisi keçiriləcək. Bu seçkilərdən sonra dünyanın düzəni dəyişə bilər. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən korrektələr istisna deyil. Biz nəinki bunun şahidi olacağıq, hətta bu istiqamətdə müəyyən islahatlar da aparılacaq".

Tarix
2016.10.02 / 10:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla