Yuxarı

Əflatun Amaşov DMŞA-nın illik toplantısında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-3-də Şimali Kipr Türk Respublikasında Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da iştirak edib.

Axar.az xəbər verir ki, toplantıda birliyə üzv ölkələrin Mətbuat şuralarının ötən müddətdə gördükləri işlər barədə hesabatları dinlənilib. Ə.Amaşov bu hissədəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən danışıb. O bildirib ki, Mətbuat Şurası şikayətləri araşdırıb öz qərar və rəyini qəbul edərkən yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda, ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini əldə rəhbər tutur. Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, Şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır.

Toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.10.03 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla