Yuxarı

Venesuela Bakını da danışıqlara qatdı - Neft hasilatı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft hasilatının azaldılması ilə bağlı Azərbaycan da daxil olmaqla Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan böyük neft hasilatçıları Rusiya və Omanla aktiv danışıqlar aparılır.

Azərtac xəbər verir ki, bu barədə Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloqio del Pino deyib.

Nazir bildirib ki, əgər OPEC-ə üzv ölkələrin Əlcəzair görüşündə gündəlik neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi qeyri-rəsmi razılıq rəsmiləşərsə, bu, qiymətlərə ciddi təsir edə bilər. Lakin yekun qərar OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək yığıncağında veriləcək.

"Əgər həmin qərar qəbul olunarsa neftin qiyməti normallaşa bilər. Fikrimcə bu zaman qiymətlər sentyabr ayının orta qiymətindən 10-16 dollar yüksək olacaq. OPEC gündəlik hasilatı 0,7 milyon barrel azalda bilər. OPEC və kartelə üzv olmayan ölkələr arasında əldə olunacaq razılığa əsasən, neft təklifinin əlavə olaraq 0,5 milyon barrel azalması mümkündür. Hasilatın stabilləşdirilməsi istiqamətində hazırda Oman, Rusiya və Azərbaycanla aktiv danışıqlar aparılır", - nazir qeyd edib.

Tarix
2016.10.05 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla