Yuxarı

Bundan yaxşı hədiyyə ola bilməz - Rəşad Sadıqov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov önəmli matç öncəsi maraqlı açıqlamalar verib.

Musavat.com saytının verdiyi məlumata görə, o, bu gün keçirilən mətbuat konfransında DÇ-2018-in seçmə mərhələsində Norveçlə keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Rəqibin oyun üslubu dəyişib. İndi hücumda daha sürətli oynayırlar. Müdafiəçilərin üstünə yük düşəcək. Diqqətli olmalıyıq. Nəticənin uğurlu olması üçün əlimizdən gələni edəcəyik".

Sadıqov Norveçli jurnalistlərin millimizin mətbuat konfransına qalmadılar. Bu, onların yığmamıza ciddi yanaşmaması anlamına gəlir" sualına, belə cavab verib:

"Düşünmürəm ki, komanda bizi ciddiyə almır. Çünki Bakıda qələbə qazansalar da, yaxşı oyun göstərmişdik. Güclü rəqibdi, asan olmayacaq. Bizi kimsə qınaya bilər ki, rəqiblərə güclü deyirsiniz. Amma milli səviyyəsində zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük. Həmin jurnalistlərin burda olmaması isə bizim üçün önəmli deyil. O jurnalistlər özlərinə qarşı hörmətsizlik ediblər. Çünki bura gəliblərsə, yazmaq işləridi. Sizin burda olmağınız bizim üçün yetərlidir".

Təcrübəli futbolçu zədəsinin ciddi olmadığını əlavə edib: "Fiorentina" ilə matçın sonlarında zədələnmişdim. Həmin vaxt meydandan çıxmaq düzgün deyildi. Zədəm ciddi deyildi. Sabahkı oyuna da hazır olub-olmadığımı baş məşqçi deyəcək".

- Millimizin qrup mərhələsindəki şansları nə qədərdir?

- Bəlkə də, qrupdan çıxmağı mənim qədər istəyən yoxdur. Çünki son seçmə mərhələmdi. Bəlkə də, sabah ən önəmli matça çıxacağıq. Bunu deyib stressə salmaq istəmirəm. Rəqibin gücünü dərk edirik. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Mənim üçün karyeramın sonunda bundan gözəl hədiyyə ola bilməz".

- "Qarabağ"da hücuma daha çox qoşulursan. Millidə bunu nədənsə az görürük.

- "Qarabağ"la millinin rəqibləri fərqli olur. Rəqibin imkan verdiyi qədər hücuma keçə bilirəm. Millidə də hücumlara keçdiyim vaxtlar olur. Amma qol vurmaq hər zaman mümkün olmur. Təbii ki, oyunun gedişinə görə hücuma keçə bilərəm. Niyə də yox?

Tarix
2016.10.07 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla