Yuxarı

Xərçəngdən ölən yazıçının son yazısı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı yazıçı Erma Bombek 1927-ci il fevralın 21-də ABŞ-da doğulub. Bombekin 15 kitabı nəşr edilib, çoxu bestsellərə çevrilib.

Axar.az Erma Bombekin xərçəng xəstəliyindən gözlərini dünyaya yummamış qələmə aldığı və hər kəsə yaşam sevgisi bəxş edən yazısını təqdim edir:

"Həyatımı yenidən yaşasaydım əgər,

Xəstəykən yatağa girib dincələrdim.

Mən olmadığım zaman hər şey

Pis olacaq deyə, düşünməzdim…

Gül formasındakı çəhrayı şamı saxlamaz, yandırardım...

Daha az danışar, amma çox dincələrdim.

Yer kirlənsə, masa örtüyü ləkələnsə belə, dostlarımı axşam yeməyinə dəvət edərdim...

Qonaq otağında TV seyr edərkən popkorn yeyər, döşəmə çirklənəcək deyə, qorxmazdım. Mənə gəncliyindən bəhs etməyə çalışan babama daha çox zaman ayırar, həyat yoldaşıma daha çox dəstək olardım.

Saçım pozulmasın deyə avtomobilin şüşəsinin açılmasına əngəl olmazdım.

Paltarımın ləkələnməsinə əhəmiyyət vermədən çəmənlikdə oturardım.

TV seyr edərkən daha az, həyata baxarkən daha çox ağlayar və gülərdim. Üstünə "Ömür boyu zəmanət verilir" yazılan heç nəyi almazdım.

Hamiləliyimin tez bir zamanda başa çatmasını diləmək əvəzinə, hamilə olduğum hər andan həzz alar və bətnimdə bir canlı yaratmağın necə möhtəşəm olduğunun fərqinə varardım. Bu, o qədər nadir bir hadisədir ki... Möcüzə kimi bir şey...

Uşaqlarım məni öpmək istədiyi zaman heç vaxt "əvvəl get əl-üzünü yu" deməzdim. Onlara daha çox "səni sevirəm", ondan da çox isə "üzr istəyirəm" deyərdim.

Amma başqa bir həyat verilsəydi, ən çox edəcəyim şey həyatın hər dəqiqəsini dəyərləndirmək olardı.

Diqqətlə bax! Həqiqətən gör! Yaşa! İmtina etmə!

Kiçik şeylərə görə şikayətlənməyi tərgit. Sahib olduğun mənəvi, cismani hər şey üçün şükür et. Bir həyatın var və bir gün başa çatacaq.

Ümid edirəm, hər gününüzü dəyərləndirərsiniz".

Qeyd edək ki, "Analıq", "Ailə" və digər kitabların müəllifi olan Bombek 1997-ci ildə San-Fransiskoda xərçəng xəstəliyindən vəfat edib.

Tarix
2016.10.25 / 08:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla