Yuxarı

Kalaşnikovdan Poroşenkoya Heydər Əliyev dərsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 1990-cı illərdəki fəaliyyətindən nümunə götürməlidir.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Dumasının Avrasiya İnteqrasiyası və MDB ilə İş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov söyləyib. Onun sözlərinə görə, Donbas məsələsində hər zaman alternativ var:

"Reallıq odur ki, Poroşenko hazırkı situasiya ilə bacarmaq ixtiyarında deyil və başqa bir şey təklif etmək istəyir. Mən Poroşenkoya alternativlər düşünmək yerinə, ona o dövrdə daha pis vəziyyətdə yaşayan Azərbaycanda Heydər Əliyev kimi addım atmasını məsləhət görərdim. 1990-cı illərin əvvəllərində ölkədə anarxiya hökm sürür, paytaxt Bakıda silahlı dəstələr gəzir, rusdilli əhalinin ölkədən köçü baş verirdi. Xalq onu prezidentliyə səslədi. Ölkə rəhbəri olduqdan sonra o, bütün təhlükələrə rəğmən, Surət Hüseynovun dəstəsi ilə danışıqlara getdi. Sonra Əliyev rus mitropolitinin yanına gedərək, rusların Azərbaycandan getməməsi üçün onlarla danışmağını istədi. Bax, prezident ölkəsində problemləri belə həll edir. Poroşenko da prezident olanda eyni şeyləri edəcəyinə söz vermişdi, amma öz xalqına qarşı müharibəni dayandırmadı. İndi isə o, alternativlər haqqında düşünür".

Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Pyotr Poroşenko Minsk-2 razılaşmasına yeganə alternativin müharibə olduğunu bildirib.

Tarix
2016.10.25 / 12:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla