Yuxarı

Hər dəfə orada Çingiz Abdullayevi görəndə...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç kitabxanasından payız qeydləri

Dünən şəhər kitabxanasına getmişdim. Baltik dənizindən küləyin gətirdiyi qara-qura buludların bozartdığı yağışlı havada getməyə kitabxanadan yaxşı yer gəlmirdi ağlıma, həm də çoxdandır dəymirdim. Çöldə çətirin suyun çırpıb, guya kitabları islanacaqmış kimi ustufca girdim kitabxanaya. İsti, işıqlı bir yer.

Bizim dildə dörd kitab var burda, dördü də mənim yazdıqlarımdır. Eləsi var, iki-üç ildir rəfdədir, qatı da açılmayıb. İyirmi-otuz il keçə bir səhifəsini də çevirən olmaz, yəqin. Elə-belə, bizdən də kitab olsun deyə vermişəm kitabxanaya. "Yad ölkənin kitabxanasında kimdir azərbaycanca kitab soraqlayan!", - deyərsiniz. Bəlkə də haqlısınız, amma dediyim odur ki, Yalamadan Astarayacan sərhədi olan bu balaca dilimizin heç bapbalaca sayda oxuyanı da yoxdur. Kitab oxumaqdan danışıram, muğam, meyxana oxuyanımız kalandır.

Elə həmin rəfin altındaca türkcə kitablar olan hücrədir. Qırx-əlli kitab olar, içində Əziz Nesinin "Gözünüz aydın əfəndim", Əlif Şəfəqin " Ustam və mən" kitabları da var. Əvvəl gördüyüm kitablardır, yenilənməyib.

Sonra rusca kitablar olan bölməyə keçirəm. Beş yüzəcən kitab olar, bizimkilərdən tək Çingiz Abdullayevin "Apoligiya zdrovoqo smısla" kitabıdır, hər görəndə göz gəzdirib, əl sürtürəm, özümüzünküdür, doğma gəlir.

Rus bölməsinin kitabları tez-tez dəyişir, yenilənir. İndi də çoxdanın tanışı Aleksandr Podrabinekin "Dissidentı" qarışıq xeyli təzə kitab gəlib, "əllər"də olanlar qayıdıb, oxuyub rəfə qoyduğumun çoxu gözümə dəymir - "əllər"ə gedib.

Bu balaca İsveç şəhərində maraqlı rusdilli icma var, bir kəlmə ondan da deyim. Çoxu isveçliyə ərə gələn, sovet zamanın xoş xatırlayan, babat təhsil görmüş xanımlardır. Bir neçəsiylə hərdən qəhvə içir, ədəbiyyatdan, sovetlərdən danışır, kitab dəyiş-düyüş edirik. "Литературный Азербайджан" jurnalında çıxan yazılarımı oxuyandan sonra mənə münasibətləri xeyli dəyişib. Elə bilirlər, kitabdan, ədəbiyyatdan başım çıxır. Açığı, nəşrinə hazırlaşdığım rusca "Ozonovıe lyudi" adlı kitabı çapa etməyi onlar ağlıma salıb, məni elə onlar həvəsləndirib. Redaktoru da Elçin Şıxlınski olacaq, söz verib. Sağlıq olsun!

Nə demək istəyirəm? Dediyim odur ki, kitab oxuyun! Yayda çöl-bayır, dağ-dəniz baş qatırsa, payızda, qışda oxuyun. Yalan sözdür – kitab dövrü keçməyib! Heç bir texnologiya onu əvəz edə bilməyəcək. Kitab gün işığı kimidir. Günəş çölü-bayırı işıqladan, isidən təki kitablar da adamın düşüncəsini aydınladır, ruhuna can verir, qəlbinə işıq tutur, onu qara xəyallardan qoruyur. Elə bunu deyirdim bayaqdan!

...İki saatımı kitablarla keçirdim – yağışlı boz bir günü kitablarla nurlandırdım. Baxıb vərəqlədiklərimdən Vladimir Nabokovun "əl"dən təzə qayıdan "Druqie bereqa" kitabını götürüb eşiyə çıxdım. Daha hava boz gəlmirdi mənə, demə görmədim, elə bil, günəş çıxmışdı.

Karlskrona, İsveç

Tarix
2016.10.26 / 08:15
Müəllif
Vahid Qazi
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla