Yuxarı

Prezidentlərin növbəti görüşünü labüd edən – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmsədrlər öncə xarici işlər nazirlərinin, sonra isə prezidentlərin görüşünü planlaşdırmaqla birbaşa cəbhədə gedən proseslərə təsir etməyə çalışırlar.

Bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hazırda Dağlıq Qarabağ məsələsi üzrə proseslərin iki istiqamətdə inkişaf etdiyini bildirib:

"Birinci xətt rəsmi danışıqlar prosesi, ikinci xətt isə cəbhədəki real vəziyyətlə əlaqədardır. Hər iki istiqamətdə paralel iş aparılır. Danışıqlar prosesi ən mürəkkəb vəziyyətdə belə səngiməyib və müəyyən məsləhətləşmələr, konsultasiyalar aparılıb. Ancaq bu o demək deyil, bu proseslər digər müstəvidə, yəni cəbhə xəttindəki hərbi hazırlıqlara mane olub. Həmsədrlər öncə xarici işlər nazirlərinin, sonra isə prezidentlərin görüşünü planlaşdırmaqla birbaşa cəbhədə gedən proseslərə təsir etməyə çalışırlar. Bunun üçün müəyyən əsaslar var, ancaq bu əsaslar prezidentlərin görüşü üçün yetərli deyil. ATƏT-in Minsk Qrupu hazırkı kövrək şəraitdə məhz bu məqsədinə nail olmaq istəyir. Yəni söhbət mümkün yeni hərbi toqquşmaların qarşısı almaqdan gedir".

Politoloq bildirib ki, əsas prinsipial məsələlərdə razılığın olmaması üzündən planlaşdırılan görüşlər cəbhədəki real vəziyyətə təsir göstərməyəcək:

"Həm ATƏT-in Minsk Qrupu, həm də xarici işlər nazirləri hazırda götür-qoy edirlər ki, növbəti görüş bu və ya digər şəkildə məhsuldar keçsin. Ancaq belə bir vəziyyətdə hansısa nəticədən danışmaq çətindir. Hər şey qarşıdakı proseslərin inkişafından asılı olacaq.

Əgər xarici işlər nazirlərinin görüşündə gündəlikdə real məsələlər dayansa, onda ilin sonuna qədər prezidentlərin də görüşü olacaq. Əks təqdirdə, vəziyyət yenidən mürəkkəbləşəcək".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik hazırda danışıqlar masasında nizamlanmanın bir çox elementinin olduğunu bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü istisna etməyən diplomat hər iki ölkənin XİN rəhbərlərinin Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında görüşə biləcəklərinə ümid etdiyini qeyd edib.

Vyana və Sankt-Peterburq görüşlərindən sonra prezidentlər növbəti dəfə Fransanın paytaxtı Parisdə bir araya gəlməli idilər.

Tarix
2016.10.26 / 09:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla