Yuxarı

Ermənidən bayrağı alan Azad niyə həbs edilib? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədovun 2003-cü ildə Moskvada "Vəhşi" ləqəbli erməni atlet Sergey Paravetyanı məğlub etməsi ilə bağlı yayımladığımız xəbərin böyük maraq doğurduğunu görüb idmançımızın sonrakı fəaliyyəti ilə maraqlandıq.

Axar.az-ın əldə etdiyi məlumata görə, Azad Məmmədov hazırda həbsdədir. O, 2009-cu ildə qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib. İdmançının evinə baxış keçirilən zaman oradan bir ədəd "Vinçester" tipli silah, bir ədəd "Tir" tüfəngi və qaz tapançası aşkar edilib.

Məhkəmənin qərarına əsasən, Azad Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Azad Məmmədov Xocalı faciəsinin 11-ci ildönümü günündə erməni idmançı ilə qarşılaşarkən, erməni diasporunun nümayəndələri Azərbaycan diasporunun təmsilçilərinə qeyri-adi şərt irəli sürürlər. Özlərinə arxayın olan ermənilər uduzan tərəfin öz milli bayrağını qarşı tərəfə təslim edəcəyini bildirirlər. Qarşılaşmanın 3-cü dəqiqəsində Azad rəqibi üzərində möhtəşəm qələbə qazanıb, erməni bayrağını alır. Daha sonra isə səhnədə nümayişkaranə şəkildə mərcin şərtinə uyğun erməni bayrağını ayaqlar altına sərir.

Tarix
2016.10.26 / 13:09
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla